Türkiyəli jurnalist, "Əl-Cəzirə türk" televiziya kanalının redaktor müavini Ayşə Karabat BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşü təşkil edilib. Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu qonağı salamlayaraq görüşün keçirilmə məqsədi barədə məlumat verib.
İlk olaraq BMT-nin Əhali Fondunun Gender üzrə layihə koordinatoru, “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızalrın dəyərinin təbliği üzrə qlobal proqram: Cənubi Qafqaz və bir sıra Asiya ölkələrində doğulan uşaqlar arasında cins nisbətinin tənzimlənməsi” proqramının meneceri Nailə Cəfərova gender bərabərliyinin müvafiq normativ çərçivələrinin planlaşdırılması, hazırlanması, icrası və qiymətləndirilməsi prosesində nəzərə alınmalı olan məqamlara aydınlıq gətirib.
Daha sonra Azərbaycanda gender bərabərliyi və media azadlığı sahəsində keçirilən çoxsaylı maarifləndirmə tədbirlərini, media nümayəndələrinin bu istiqamətdə peşəkarlığının daha da artırılması istiqamətində görülən mühüm işləri yüksək qiymətləndirən Ayşə Karabat “Gender bərabərliyi və jurnalistika” adlı təqdimatla çııxış edib. O, deyib ki, medianın müstəqilliyi önəmli olsa da media işçiləri qadın və kişilərin obrazını qərəzsiz, stereotipsiz şəkildə təqdim edilməsinə görə cavabdehlik daşıdıqlarını bilməlidirlər. Qonağın sözlərinə görə, görüşdə məqsəd media sahəsində gender bərabərliyinin təşviqi, qadınların hüquq və azadlıqlarının təmin olunması, onların potensialının həyata keçirilməsi və karyerası üçün şəraitin yaradılmasıdır.
Görüşün sonunda qonaq tələbələrin suallarını cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |