Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

TRT Bakı Nümayəndəliyinin rəhbəri "Beynəlxalq Jurnalistika Məktəbi"ndə olub

19/04/2018

"Beynəlxalq Jurnalistika Məktəbi"nin növbəti təlimi keçirilib. Layihənin budəfəki görüşü "Müasir TV jurnalistikasında xəbər standartları" mövzusunda baş tutub. Layihə rəhbərlərindən olan, Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev təlimçi, TRT-nin Bakı Nümayəndəliyinin rəhbəri Murat Akkoça Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tarixi, inkişafı və müasir durumu ilə bağlı məlumat verərək görüşü açıq elan edib.
Daha sonra M.Akkoç TRT-nin formalaşması, onun Türkiyə televiziyası məkanında yeri və rolu, bugünkü vəziyyəti, yenilikləri ilə bağlı iştirakçılara bilgi verib.  TRT-nin müxtəlif qurumlarının fəaliyyətindən danışan təlimçi tələbələrlə TV jurnalistikası, onun əsasları və xəbərlər-verilişlərin standartları haqqında da söhbət edib. O, həmçinin iştirakçılarla öz jurnalistlik təcrübəsini və Türkiyədəki yeni medianın özəlliklərini bölüşüb.
Görüşdə həmçinin Türkiyə Anadolu Agentliyinin Istanbul bölgə müdiri Hüseyn Altınalan da iştirak edib. Hər iki türkiyəli jurnalist media və jirnalistika ilə bağlı tələbələri maraqlandıran suallara cavab veriblər.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009