Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

İTV-NİN HƏRBİ JURNALİSTİ İLƏ GÖRÜŞ

12/04/2023

Müasir dövrdə informasiya siyasəti və informasiya təhlükəsizliyi dərsi çərçivəsində İctimai Televiziyanın hərbi jurnalisti Şöhrət Eyvazov ilə fakültənin 3-cü kurs tələbələrinin görüşü baş tutub.

Fənn müəllimi Vüqar Əliyev qonağı tələbələrə təqdim edərək  onun jurnalist fəaliyyətindən bəhs edib.

Qonaq müasir dövrdə informasiya təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb, cəbhə bölgəsində jurnalist kimi fəaliyyətini, gündəlik mövzulardan fərqli olaraq hərbi xarakterli yazıların məsuliyyətini tələbələrin diqqətinə çatdırıb.

Qeyd edək ki, Şöhrət Eyvazov həm də  müharibə veteranı, ehtiyyatda olan kapitandır.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009