Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Universitet gəncliyinin Vətən sevgisi

19/10/2020
Müəllimlərimdən birinin sözüdür: “Bakı Dövlət Universiteti min bir tellərə xalqa, Vətənə bağlıdır”. Düşmənin işğal etdiyi torpaqlarımız uğrunda gedən hər bir azərbaycanlının “Vətən müharibəsi” adlandırdığı bu mübarizə günlərində Universitetinin yüz ili ötmüş tarixi yoluna diqqət etdikcə bu yolun hər qarışının Vətənə bağlılığı bizdə qurur hissi doğurur. Prezidentimiz İlham Əliyevin Universitetimizin 100 illiklə bağlı yubiley təntənəsində üzünü bu möhtəşəm təhsil və elm ocağının kollektivinə tutaraq verdiyi tövsiyələr də hər kəsin yaxşı yadındadır. Prezident Universitet gənclərini hər şeydən əvvəl vətənpərvərlik ruhunda tərbiyə olunmasını önə çəkdi. Sanki onun bu tövsiyəsi bu günkü Vətən müharibəsinə Universitet gənclərinin və bütövlükdə BDU-nun münasibətinə bağlı imiş.
Azərbaycan xalqı yaxşı bilir ki, Universitetimizin gəncləri Qarabağ müharibəsinin birinci mərhələsində könüllü olaraq cəbhəyə yollandılar, yağı düşmənə öz güclərini göstərdilər. İndi biz hərdəfə Universitetin həyətində torpaqlarımız uğrunda şəhid  olmuş tələbələrimizin şərəfinə ucaldılmış abidənin yanında dayanıb onların müqəddəs ruhu qarşısında baş əyirik.
Bakı Dövlət Universiteti ordumuzun bu günkü döyüşlərinə, qələbə faktlarına sevgi ilə yanaşmaqdadır. BDU bu günlərdə hər an Prezidentimizin, Ali Baş Komandanımızın, ordumuzun yanında olduğunu qürurla bildirməkdədir. Lap bu günlərdə Universitet Elmi Şurası ordumuzun dəstək fonduna yardımla məsələni müzakirəyə çıxarıb.
Bu müzakirə zamanı professor-müəllim heyətinin Vətən sevgisi, Prezidentimizə, ordumuza inam sevgisi bütün qüruru ilə üzə çıxdı. Universitetin büdcəsindən ayrılan vəsait bir yana, Elmi Şura üzvlərinin hər biri özünün şəxsi maaşından ordumuzun dəstək fonduna vəsait ayrılmasını şura sədrindən xahiş etdi. Burda neçə-neçə professor, müəllim bütöv maaşını fonda ərmağan etdi. BDU-nun rektoru, Elmi Şuranın sədri Elçin Babayevin çıxışında torpaqlarımız uğrunda Vətən müharibəsi anın Universitetin xalqımıza mənəvi dəstəyi üzərində xüsusi dayanmışdır.
Bu mənəvi dəstək alimlərimiz, beynəlxalq aləmdə tanınan politoloqlarımız, jurnalistika fakultəsinin publisist müəllimlərinin Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, Ermənistanın mənfur informasiyalarının cavabını vermək, bəzi xarici informasiya vasitələrinin təxribat xarakterli xəbərlərini neytrallaşdırmaq və.s kimi yaradıcı komponentlərini nəzərdə tutur. BDU əməkdaşları rektorun bu çağırışının çok aktual olduğunu qiymətləndirərək bu sahədə xeyli iş görməkdədirlər.
Lap bu günlərdə BDU Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar olaraq BDU beynəlxalq təşkilatlara xüsusi bəyanat yayıb. Bəyanatda Beynəlxalq əlaqədar təşkilatların çağırışlarına məhəl qoymayan Ermənistanın işğalçılıq mövqeyi faktlarla açıqlanır və Azərbaycanın işğalçı dövlətin hərbi təxribatlarına qarşı apardığı haqlı hərbi  tədbirləri  əsaslandırılır. Daha çox beynəlxalq hüquq təşkilatlarına ünvanlanan bu bəyanatda deyilir: “ BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq,  Azərbaycanın özünümüdafiə hüququnun mövcudluğuna baxmayaraq, dövlətimiz beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına sadiqliyini bir daha göstərir.
Ermənistan ikili standartlara pərdələnərək  özünün işğalçılıq və hələ də davam  edən beynəlxalq cinayətlər  törətmək siyasətindən əl çəkmir. Azərbaycan beynəlxalq hüquq normalarına hörmətlə yanaşdığı kimi, beynəlxalq cinayətlər törətmiş Ermənistanın və aidiyyəti şəxslərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün beynəlxalq hüququn tamhüquqlu subyekti olaraq beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş subyektiv imkanlara və onların lazımınca realizəsini tələb etmək hüququna malikdir. Ümüdvarıq ki, tezliklə beynəlxalq hüquq ikili standartlardan azad olunmaqla cəzasızlıq mühiti də aradan qalxacaq və beynəlxalq-hüquqi məsuliyyət normaları tam gücü ilə fəaliyyət göstərəcək”.
Əlbəttə, bu gün Azərbaycanın çoxçeşidli təşkilatları çoxsaylı bəyanatlarla çıxışlar etməkdədir. Ancaq nəzərə alsaq ki, bu 25 minlik bir tədris və elm müəssisəsinin səsidir. Min bir tellərlə xalqa bağlı bir təşkilatın səsidir, dünyanın 150-yə yaxın universitetləri ilə memorandumlar  imzalamış  bir Universitetin səsidir, onda bu bəyanatın səmərəsi  də aydın hiss olunar.
Qeyd etdiyimiz bu 25 minlik Universitetin 23 min nəfərini Azərbaycan gəncliyi təşkil edir. Bu 23 minlik Azərbaycan gəncliyinin bir çoxu artıq cəbhə könüllüləridir. Azərbaycan Prezidenti Rusiyanın “PUA nobocmi” agentliyinə mesahibəsində qeyd etdi ki, AZərbaycanın bu gün 100 minlik bir ordusu var və lazım gələrsə, bu sayı 3-4 dəfə də artıra bilərik. Ona görə də bizim heç bir xarici döyüşçü dəstəsinə ehtiyacımız yoxdur.
Prezidentimiz Azərbaycan gənclərinə sidq-ürəkdən  inanır və onların Vətən sevgisinə güvənir.  Bakı Dövlət Universiteti  bu gəncliyin əsas məkanlarından biridir. Ordumuza güvənən, hər an onun sıralarında olmağa hazırlaşan BDU gəncliyi  Vətən sevgisinə bürünmüş üçrəngli bayrağı əllərində hazır tutaraq qələbəyə aparan yola çıxmaq arzusu ilə yaşamaqdadır.

https://sherg.az/x%C

Günel  Mehdizadə
Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009