Təlimçi, studiyanın video-montajçısı Sərdar Əsədzadə tələbə-jurnalistləri montaj proqramları haqqında məlumatlandırıb, onlara paktik olaraq proqramlardan necə istifadə etməyin yollarını izah edib.
Sonda iştirakçılarla praktik iş aparılıb və müvafiq tapşırıqlar verilib.
Əlavə edək ki, montaj təlimi bir neçə dərs keçirildikdən sonra operatorluq, müxbir işi və aparıcılıq təlimlərinə start veriləcək. Təlimlərin keçirilməsində əsas məqsəd tələbə-jurnalistlərin praktik bilgilərini artırmaq və peşə vərdişlərini formalaşdırmaqdır.