Azad Azərbaycan” televiziyasının prezidenti Vüqar Qaradağlı "Televiziyada praktik iş" fənnindən tələbələrin yekun işlərinin təqdimat mərasimində iştirak edib. Tədbirdə tələbələrin hazırladığı “Ana xəbər” bülleteni və bir neçə sosial çarx nümayiş etdirilib. Təqdimatda tələbələrin Azərbaycan və ingilis dilində hazırladığı süjetlər maraqla qarşılanıb. Vüqar Qaradağlı tələbələrin işlərini uğurlu hesab edib və onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb.
![]() |
![]() |