Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Yeni medianın tədris modulları çap olunub

03/12/2012

Multimedia Mərkəzi tərəfindən hazırlanan  Yeni medianın tədris modulları kitabça formasında çap olunub.
Tədris modullarını “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Multimedia Mərkəzi hazırlayıb. Layihə ABŞ - Azərbaycan Medianın İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilir.
Multimedia Mərkəzi bildirir ki, yeni medianın tədris modulları hazırlanarkən  beynəlxalq təcrübə öyrənilib, ölkədə mövcud olan media bazarında kadrlarla bağlı tələb-təklif münasibətləri araşdırılıb, hazırlanan modulların layihələrinin elmi və ictimai müzakirələri keçirilib.
Kitabçaya Universitetlərdə tədrisi nəzərdə tutulan Yeni mediaya giriş, Onlayn Jurnalistika, Multimedia Jurnalistika və Sosial Media fənnilərinin proqramları daxil edilib.
Proqramlar BDU və Azərbaycan Universitetlərinin elmi şuralarında müzakirə edilərək bəyənilib, sahə üzrə ekspertlər və peşəkarlar tərəfindən müsbət rəylər verilib. Yeni medianın tədris modulları Təhsil Nazirliyi tərəfindən təsdiq edilib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009