Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

YUNESKO-nun Valensiyadakı mərkəzinin rəhbəri Jurnalistika fakültəsində olub

28/09/2016

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində YUNESKO Valensiya - Aralıq dənizi Mərkəzinin və Kommunikasiya Vasitələri üzrə Valensiya Elmlər Doktorları Assosiasiyasının prezidenti, tanınmış ispan jurnalisti Xose Manuel Gironeslə Bakı Dövlət Universitetində olub.

Daha sonra qonaq Jurnalistika fakültəsinin Tədris-teleradio studiyasında olub, müəllim və tələbələrlə görüşüb. İqtisadi eqoizmi, mədəni korluğu pisləyən professor Xose Manuel Gironesin bəşəri sülhdən, İspaniyanın qızıl dövründən, multikultural əlaqələrdən, həmçinin jurnalistikanın iqtisadi qüvvəsindən danışıb.

Qeyd edək ki, Xose Manuel Xirones Madrid Komplutens Universitetinin jurnalistika üzrə elmlər doktoru və Fernando Pessoa de Oporto Universitetinin fəxri doktorudur.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009