Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Zər qədrini zərgər bilər”

04/09/2019

Xalqımızın qədimdən gələn müdrik kəlamları hər zaman özünü doğrultmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə xeyli müddətdən bəri Azərbaycan televiziyasının - AzTV-nin sədri vəzifəsini icra edən Rövşən Məmmədov xalqın min illərin sınağından çıxan bu kəlamlarının bu gün də aktual olduğunu sübut etdi. Filologiya elmləri doktoru Rövşən Məmmədov BDU-da Jurnalistika təhsilinə yiyələnmiş peşəkar bir telejurnalistdir. O həm praktikada, həm də Jurnalistika fakültəsində telejurnalistika nəzəriyyəsindən dediyi dərslərdə ustad, peşəkar bir insan kimi özünü tam doğrultmuşdur.
Telejurnalistikanın nəzəri və praktik istiqamətlərindəki uğurları, bilik və bacarığı onun AzTV-də sədr əvəzi kimi göstərdiyi fəaliyyətində tam üzə çıxdı. AzTV-də qısa müddətdə aparılan fundamental yaradıcılıq işləri onun tamaşaçı zövqünə, maarifçiliyə, dövlətçiliyə, azərbaycançılığa, xalqa sədaqətinin bariz göstəricisidir. Bu gün belə bir jurnalistin AzTV-yə sədr kimi təsdiq edilməsi bizdə xüsusi bir qürur hissi doğurdu.
Biz BDU Jurnalistika fakültəsi olaraq əziz həmkarımızı, dostumuzu, fakültənin əməkdaşını sidq-ürəkdən təbrik edirik. Dövlətimiz naminə, Azərbaycan naminə göstərdiyi peşəkarlığa görə AzTV-nin bütün kollektivini təbrik edirik.

Hörmət və sevgilərlə:
Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli
Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009