Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin “Xarici ölkələrin jurnalistika tarixi” adlı kitabı çapdan çıxıb. Dərslikdə qədim dövrdən XX əsrin axırlarınadək olan müddətdə dünya jurnalistikası tarixindən xronoloji ardıcıllıqla bəhs edilir, kütləvi informasiya vasitələrinin tipoloji inkişafı prosesi nəzərdən keçirilir, müxtəlif ölkələrin və xalqların sosial, qarşılıqlı mədəni fəaliyyətinin xüsusiyyətləri, ümumi inkişaf meylləri göstərilir.
Yeni dərs ilində Jurnalistika fakültəsinin Jurnalistika fakültəsinin nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədlinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” adlı dərsliyi, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin “Xarici ölkələrin jurnalistika tarixi” kitabı, Televiziya və radio jurnalistikası kafedrasının professoru Aydın Dadaşovun "Müasir Azərbaycan dramaturgiyası" monoqrafiyası, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi, dos. Mahmud Mahmudovun "Oxu məni, güldürüm səni" adlı kitabı nəşr olunub.
| Ətraflı15 sentyabr - Bilik günü münasibətilə Bakı Dövlət Universitetində tədbir keçirilib. Universitetin rektoru, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını təbrik edib.Bu il universitetə 3472 nəfər tələbənin qəbul olunduğunun deyən rektor onlardan 219 nəfərinin 600-dən, 49 nəfərin isə 650-dən yuxarı bal topladığını diqqətə çatdırıb.
Beynəlxalq jurnalistika kafedrasının müəllimi İlham Mazanlı və dissertantı Aytəkin Zeynalovanın həmmüəllifliyi ilə "Jurnalistika və müasir dövrün qlobal problemləri " tədris metodik vəsaiti nəşr olunub. Kitab Jurnalistika fakültəsinin müəllimləri və tələbələri üçün nəzərdə tutulub. Metodik vəsaitdə qlobal problemlərin araşdırılması , həlli, ən əsası KİV-in bu prosesdə iştirakı məsələləri müzakirə olunur.
| Ətraflı
Bu gün Bakı Dövlət Universiteti Jurnalistika fakültəsində keçirilən tədbirdə Britsh Council və " Accses Bank"ın təşkil etdiyi "Jurnalistikada yeni nəsil " layihəsinin qalibləri müəyyən olunub. Seçilən 25 tələbə 2012-ci ilin sentyabr ayından başlayaraq keçiriləcək təlimlərdə iştirak edəcəkdir. Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata (televiziya, çap və elektron mətbuat) professional bilik və səriştənin artırılmasında kömək etməkdir. Təlimlər zamanı ən fəal iştirakçıların Birləşmiş Krallığın Kardiff və London şəhərinə təlim-tədris səfəri nəzərdə tutulmuşdur. Səfər zamanı tanınmış qəzet və jurnal, BBC, CNN, Reuters eləcə də digər media müəssisələrində qabaqcıl jurnalistlərlə görüşlər təşkil olunacaqdır.
İyunun 28-da Bakı Dövlət Universitetində (BDU) 2011/2012-cu tədris ilinin məzunları ilə təntənəli görüş olmuşdur. Milli Məclis deputatlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov məzunları təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışdır. O qeyd etmişdir ki, 2011/2012-ci tədris ilində BDU-nu 17 fakültə üzrə 4 minədək tələbə bitirir. Onlardan 500 nəfəri təhsilini fərqlənmə diploma ilə başa vurmuşdur.
|
![]() |
BDU-nun Beynəlxalq Proqramlar və Layihələr şöbəsinin müdiri, Jurnalistika fakültəsi Beynəlxalq jurnalistika kafedrasının dosenti Təranə Mahmudova 10-13 iyun tarixlərində Türkiyə Izmir universitetində keçirilmiş simpoziumda iştirak edib.
T. Mahmudova simpoziumda “Qlobal kommunikasiya və Azərbaycan: Kommunikasiyada yeni meyllərin dilə təsiri” adlı tədqiqatının nəticələrini təqdim edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
| ƏtraflıBu gün Bakı Dövlət Universitetində Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib. Tədbirdə BDU-nun təşəbbüsü ilə Fransada çap olunub ərsəyə gələn, fransız dilində dünya ictimaiyyətinə təqdim olunan Holland mənşəli hərbi müxbir Çarlz Van der Leunun «Dağlıq Qarabağ: dünyanın unutduğu müharibə» , həmçinin alman alimi Heiko Krügerin “Dağlıq Qarabağ konflikti - hüquqi araşdırmalar” kitablarının təqdimatı keçirilib.
| ƏtraflıJurnalistika sahəsində çalışan alim və gənc tədqiqatçılar tərəfindən aparılan elmi-tədqiqat işlərini məqsədəuyğun istiqamətə yönəltmək, keyfiyyətini daha da yüksəltmək, əldə olunan mühüm elmi nəticələri müzakirə etmək məqsədilə 22 may 2012-cil tarixdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində rektorun R-54 26.04.12 tarixli əmrinə əsasən, ilk dəfə olaraq "Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi" adlı I Beynəlxalq elmi-nəzəri konfrans keçirilib.
| Ətraflı
11 iyun 2012-ci il tarixdə saat 11:00-da “Elektron Resursların İşlənməsi” (Eectronic Resources Usage) mövzusunda “Gale” məlumat bazasının təqdimatı və “World Electron Library”-bazasında elektron kitablardan istifadə. qaydalarına həsr olunmuş treyninq-seminar keçiriləcəkdir.
| Ətraflı
BDU-da 28 may - Respublika Gününə həsr olunmuş tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov iştirakçıları bayram münasibətilə təbrik edib. XX əsrin Azərbaycan xalqının həyatında çox böyük mübarizələr əsri olduğunu deyən rektor bildirib ki, azadlıq və istiqlaliyyət uğrunda çoxlu qanlar tökülmüş, xalqımız saysız-hesabsız şəhidlər vermişdir. 23 aydan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, xalqımız bu gün müstəqil Azərbaycanda Cümhuriyyət yaradanları böyük minnətdarlıq hissi ilə xatırlayır.
| Ətraflı
BDU-nun rektoru, akademik Abel Məhərrəmovun IV kurs tələbələri ilə görüşü davam edir. Dövlət imtahanı ilə bağlı olan görüşün bugünkü iştirakçıları jurnalistika, ilahiyyat, biologiya və mexanika-riyaziyyat fakültələrinin tələbələri olub
.
| ƏtraflıBakı Jurnalistika Məktəbi (BJM) 3 aylıq “Trimedia kursları”na öyrənçi qəbuluna başlayır. Kursa qatılanlar TV, radio və çap mediası üçün xəbər və xəbərdəntörəmə materiallar hazırlamağı öyrənəcəklər. Təlimlər kamera və videomontaj dərslərini, səsyazma texnikasından yararlanmağı və səs montajını, ictimai olaylardan fotoreportajlar çəkilməsini əhatə edəcək. Trimedia vərdişlərinə yiyələnmək kursu bitirənlərə ənənəvi media sahələri ilə yanaşı, İnternet mediasında da çalışmaq imkanı verəcək.
| ƏtraflıBu gün Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti, ümummilli liderHeydər Əlirza oğlu Əliyevin doğum günüdür.
![]() |
Bu gun Jurnalistika fakültəsi tədris işləri üzrə dekan müavini, Televiziya və radio kafedrasının baş müəllimi Əli Əflan oğlu Hacıyevin 50 yaşı tamam olur.
| ƏtraflıBu gün Jurnalistika fakültəsi elmi işlər üzrə dekan müavini , Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi Sevinc İsrafil qızı Əliyevanın ad günüdür.
| Ətraflı
Bu gün Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə BDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş Gül bayramı keçirilib.
Bu gün Şuşanın işğalından 20 il ötür.1992-ci il mayın 8-i Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə kecməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırıldı. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail oldular.
Bu gün Bakı Dövlət Universitetində «Heydər Əliyev məktəbi»nin ulu öndərin 89-cu ildönümünə həsr olunmuş növbəti məşğələsi keçirilib.
| Ətraflı
Aprelin 19-dan 24-dək Sankt- Peterburq şəhərində "Müasir dünyada KİV. Peterburq mütaliələri" adlı beynəlxalq konfrans keçirilib. Jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti Zaur Babayev konfrasda iştirak edib. Müasir media sahəsində internet-dizayn problemləri barədə məruzə ilə çıxış edən konfrans iştirakçısı Kütləvi kommunikasiya və Jurnalistika tədqiqatının metodoloqiyasıa dair diskussiyalarda aktiv iştirakına görə diplomla mükafatlandırılıb.