Access Bank və “British Council” məmnuniyyətlə jurnalistlər üçün nəzərdə tutulmuş xüsusi təlim proqramını elan edir.
Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata (televiziya, çap və elektron mətbuat) professional bilik və səriştənin artırılmasında kömək etməkdir.
2012-ci ilin sentyabr ayından başlayaraq keçiriləcək təlimlərdə iştirak etmək üçün 25 iştirakçı seçiləcəkdir. Təlimlər zamanı ən fəal iştirakçıların Birləşmiş Krallığın Kardiff və London şəhərinə təlim-tədris səfəri nəzərdə tutulmuşdur. Səfər zamanı tanınmış qəzet və jurnal, BBC, CNN, Reuters eləcə də digər media müəssisələrində qabaqcıl jurnalistlərlə görüşlər təşkil olunacaqdır.
| ƏtraflıJurnalistika fakültəsində dekan seçkilərinin nəticələri məlum olub. Kafedralardan daxil olmuş səslərə əsasən Mətbuat tarixi kafedrasının müdiri, professor Şamil Vəliyev Jurnalistika fakültəsinin dekanı təyin olunub.
Akademik Vasim Məmmədəliyevin sədrliyi ilə 15 nəfərdən ibarət komissiya üzvləri professor Şamil Vəliyevin dekan seçilməsini yekdilliklə təsdiqləyiblər.
| Ətraflı
" M.Ə.Rəsulzadə. Əsərləri " kitabının III cildi nəşr olunub. Kitaba Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasına başçılıq etmiş, XX yüzilliyin görkəmli ictimai-siyasi və dövlət xadimlərindən olan istedadlı jurnalist M.Ə. Rəsulzadənin 1915-1916-cı illərdə qələmə aldığı, dövri mətbuatda dərc olunmuş 200-ə yaxın əsəri daxil edilmişdir.
Kitabın araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Mətbuat tarixi kafedrasının müəllimi, filologiya elmləri doktoru, professor Şirməmməd Hüseynovdur.
| ƏtraflıMətbuat tarixi kafedrasının müəllimi, fəlsəfə elmləri namizədi, dosent Sima Rəhimovanın " Jurnalist etikası " dərs vəsaiti işıq üzü görüb. Kitabda peşə, jurnalist etikasının yaranması və onun özünəməxsusluğundan söhbət açılır. Burada jurnalist etikasına dair etik norma və prinsiplərdən, söz və mətbuat azadlığından, jurnalist məsuliyyətindən danışır. Eyni zamanda kitabda müxtəlif nəzəriyyələr, kateqoriyalar, kodekslər və s. daxil edilmişdir.
Kitabın elmi redaktoru prof. N.Əhmədli, rəyçilər filologiya elmləri doktoru A.Tahirli, fəlsəfə doktoru K. Niftəliyevadır.
| Ətraflı2012-ci il mayın 22-si saat 12.00-də Jurnalistika fakültəsində alimlərin və gənc tədqiqatçıların “Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi” adlı beynəlxalq elmi-praktik konfransı keçiriləcək. Konfransın materialları çap olunacaq.
Jurnalistika fakültəsi Televiziya və radio kafedrasının yeni elektron poçtu açılıb. Kafedranın pofessor və müəllim heyəti, digər əməkdaşları, həmçinin tələbələr onları maraqlandıran məsələlərlə bağlı suallarını, təkliflərini [email protected] ünvanına göndərə bilərlər.
Bu gün jurnalistika fakültəsinin iclası keçirilib. İclası giriş sözü ilə BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Məcnun Babayev açıb. Sonra Jurnalistika fakültəsi Həmkarlar İttifaqı Komitəsinin sədri Sima Rəhimovanın hesabatı dinlənilib.
| Ətraflı29 mart 2012-ci il tarixdə saat 1000-da “Azərbaycanda elmə tomson reyters agentliyi tərəfindən baxiş”mövzusunun davamı olaraq “Azərbaycanda nəşr olunan elmi jurnalların dünya standartlarına uyğunlaşdırılmasına dəstək” mövzusunda treyninq-seminar keçiriləcəkdir.
| ƏtraflıBu gün Bakı Dövlət Universitetində ənənəvi NOVRUZ şənliyi keçirilib. Novruz adət -ənənələrinin , simvollarının təqdim olunması ilə bağlı fakültələr arasında keçirilən müsabiqədə Jurnalistika fakültəsi birincilik qazanıb. Qaliblərə pul mükafatı təqdim edilib.
Əvvəlki Novruz tədbirlərində də uğurla iştirak edən fakültənin bu üçüncu qalibiyyətidir.
| ƏtraflıBu gün Azərbaycan Radiosunun "Xalq yaradıcılığı" və "Gənclik" redaksiyalarının baş redaktorları Tahir Talıblı və Aybəniz Məmmədəliyeva Jurnalistika fakültəsinin qonağı olublar. Tələbələr "Radiojurnalistikanın əsasları" fənnində Azərbaycan radiosunda səslənən verilişləri müəlliflərlə birgə müzakirə ediblər.
Bu gün jurnalistika fakültəsində 8 mart Qadınlar günü münasibətilə tədbir kiçirildi. Tədbiri giriş sözü ilə açan dekan Yalçın Əlizadə fakültənin qadın əməkdaşlarını təbrik edərək onlara ən xoş arzularını bildirdi. Digər müəllimlər də professorun təbrikinə qoşularaq qadınlara uzun ömür, can sağlığı dilədilər.
Tədbirin sonunda qadınlara hədiyyələr təqdim olundu.
| ƏtraflıBu gün BDU-da Böyük Elmi Şuranın iclası keçirilib. İclası giriş sözü ilə açan akademik Abel Məhərrəmov gündəlikdəki məsələləri təqdim edib. Jurnalistika, Tətbiqi-riyaziyyat fakültəsi dekanlarının hesabatı dinlənilib. Jurnalistika fakültəsinin dekanı professor Yalçın Əlizadə BDU-nun kadr hazırlığı sistemində jurnalistika fakültəsinin tarixi yeri və mövqeyindən danışaraq fakültənin strukturu, kafedraları, laboratoriyaları , təhsil sistemi haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, fakültədə aparılan tədqiqatların mövzu dairəsi və problematikası genişlənib, son 10 ildə professor - müəllim heyətinin elmi- pedaqoji və yaradıcı əməyinin bəhrəsi kimi 4 dərslik, 21 dərs vəsaiti, 32 monoqrafiya işıq üzü görüb.
| Ətraflı
1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı isə dünya tarixində bənzəri olmayan vəhşiliyin daha bir əyani nümunəsi olmuşdur.Erməni faşizminin mənfur xislətini tamamilə ifşa edən bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir.
Bu gün BDU-da Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbir və alman alimi Heiko Krügerin “Dağlıq Qarabağ konflikti – hüquqi araşdırmalar” kitabının BDU-nun təşəbbüsü ilə ingilis dilindən rus dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilib.
| Ətraflı
Bu gün Jurnalistika fakültəsində “Yeni medianın tədrisinin təkmilləşdirilməsi ” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə fakültənin Onlayn Laborotoriyasının - xəbər saytının təqdimatı olub.
Bu gün Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” layihəsinin növbəti qalibləri mükafatlandırılıb. Milli Məclisdə keçirilən mərasimdə deputat Qənirə Paşayeva 1-ci və 2-ci yerlərin sahiblərinə noutbuk, 3-cü yeri tutan tələbələrə isə xüsusi mükafat təqdim edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibətilə fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı müsabiqə elan edib.
Müzakirələrin yekunu kimi Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 10 istiqamət üzrə 30 mövzu müəyyənləşdirilib və səsvermə yolu ilə təsdiq edilib.
Yazıların qəbulu 02 fevral 2012-ci il tarixində başlayır, 06 mart 2012-ci il tarixdə başa çatır (06.03.2012 yazıları təqdim etmək üçün sonuncu tarixdir).
| ƏtraflıModern.az saytının Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” layihəsinin növbəti qalibləri məlum olub.Qaliblər arasında jurnalistika fakültəsinin tələbələri də var.
| Ətraflı