Bu gun Faiq Nuruş oğlu Nüsiyev jurnalistika ixtisasında "Xarici ğlkələrdə Azərbaycan mətbuatı1990- 2005- ci illər (Postsovet məkanında) " mövzusunda, Natəvan Dəmirçi qızı Atamoğlanova eyni ixtisasda "Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan beynəlxalq radiosunun rolu " mövzusunda filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edirlər.
| ƏtraflıBu gün Jurnalistika fakültəsində Bakı Dövlət Universitetinin kafedra müdiri, İctimai Televiziya və Radio Yayım Şurasının sədri, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlini anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyi münasibətilə yubiley mərasimi keçirilib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin kafedra müdiri, İctimai Televiziya və Radio Yayım Şurasının sədri, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlini anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyi münasibətilə təbrik edib.
| Ətraflı
Jurnalistika fakültəsinin müəllimi Rəhilə Kəsəmənli Londonda keçirilən "Dинамика эволюции человеческого интеллекта , этико- эстетиеского восприятия мира и художественного творчества" adlı XIII Beynəlxalq elmi- praktik konfransda iştirak edib. Konfrans iştirakçısına Böyük Britaniya Beynəlxalq Elm və təhsil Akademiyasının sertifikatı verilib. Konfransın məqalələr toplusunda Rəhilə Kəsəmənlinin "Üzeyir və Ceyhun Hacıbəylilərin Azərbaycanın ictimai- siyasi və mədəni həyatındakı rolu" adlı elmi məqaləsi dərc olunub.
| Ətraflı1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixinə Qanlı Yanvar günü kimi həkk olunmuşdur.Azərbaycanda suveren, demokratik bir dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq, milli azadlıq hərəkatını boğmaq məqsədi ilə 1990-cı il yanvarın 20-də sovet ordusunun hərbi hissələri Bakıya və respublikanın bir neçə rayonuna yeridilmişdir.
Bu gün Bakı Dövlət Universitetində 20 Yanvar faciəsinin 22-ci il dönümü ilə bağlı anım mərasimi keçirilib. Tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısına əkil qoyaraq, şəhidlərin xatirəsini yad ediblər.
Bu gün jurnalistika fakültəsinin dekanı, professor Yalçın Mustafa oğlu Əlizadənin ad günüdür. Yalçın müəllimi təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.
Volqaətrafı Elmi-tədqiqat Mərkəzində «Qloballaşma kontekstində hümanitar elmlərin problem və perspektivləri» adlı I Ümumrusiya elmi-praktik konfransı keçirilib. Konfransın məqalələr toplusunda Bakı Dövlət Universitetinin “Jurnalistika” Elmi-tədqiqat laboratoriyasının müdiri Vüqar Zifər oğlu Əliyevin “Влияние медиа-холдингов на информационную политику и межгосударственные отношения” və laboratoriyanın elmi işçisi Nigar İkram qızı Ağayevanın “Развитие современной журналистики в условиях глобализации” adlı elmi məqalələri dərc olunub.
Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüzü, Jurnalistika fakültəsinin dekanı Yalcın Əlizadəni, Jurmalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədlini qəbul edib. Görüşdə ABŞ-Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənən “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsi ətrafında fikir mübadiləsi aparılıb, jurnalistika fakültəsində internet TV -nin yaradılması barədə danışılıb.
| Ətraflı
Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik, millət vəkili Abel Məhərrəmovun ad günüdür. Jurnalistika fakültəsinin əməkdaşları adından Abel müəllimi təbrik edir, ona uzun ömür, can sağlığı, çoxcəhətli fəaliyyətində uğurlar arzulayırıq.
| Ətraflı
Xalqın, cəmiyyətin taleyüklü problemlərinin həllində böyük vəzifələri yerinə yetirmiş və yetirməkdə olan mətbuatın tarixi həmişə elmi ictimayyətin diqqət mərkəzində olub. Mənəvi dəyərlərimizin, mədəniyyətimizin yenidən qiymətləndirilməsi, bunlara yeni müstəvidən baxış müasir Azərbaycan ziyalılarının elmi-təhlil süzgəcindən kecirdiyi həlli vacib məsələlərdəndir.
| ƏtraflıDünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilən tədbiri rektor, akademik Abel Məhərrəmov giriş sözü ilə açaraq bildirib ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.
| ƏtraflıBu gün Bakı Dövlət Universitetində tanınmış ictimai-siyasi xadim və publisist, əməkdar jurnalist, professor Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov böyük publisist və müəllim , ictimai xadim Nəsir İmanquliyevin Azərbaycan nəzəri bə praktik jurnalistikasının təşəkkülündəki əvəzsiz xidmətlərindən danışıb.
Bu gün Bakı Dövlət Unive rsitetində Azərbaycanın tanınmış ictimai-siyasi xadimi və publisisti, əməkdar jurnalist, professor Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan jurnalistikası qloballaşma dövründə: qaynaqlar və perspektivə baxış” adlırespublika elmi-praktik konfransının plenar iclası öz işinə başlayıb. İclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov öncə “Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2011-ci il tarixli sərəncamından danışııb.
Azərbaycanın tanınmış ictimai-siyasi xadimi və publisisti, əməkdar jurnalist, professor Nəsir İmanquliyevin 100 illik yubileyi ərəfəsində görkəmli jurnalistin biblioqrafiyası nəşr olunub.
| ƏtraflıAzərbaycanın tanınmış ictimai-siyasi xadimi və publisisti, əməkdar jurnalist Nəsir Əsəd oğlu İmanquliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keciriləcək.
Tədbir 2011-ci il dekabrın 22-də Bakı Dövlət Universitetinin Böyük Akt zalında təşkil olunacaq.
| Ətraflı
Tanınmış ədəbiyyatşünas alim, tənqidçi və publisist, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Şamil Vəliyevin müəllifliyi ilə iki cilddən ibarət «Azərbaycan ədəbiyyatı və mətbuatından araşdırmalar» kitabı işıq üzü görüb. Birinci cilddə (1985-2000) XX əsr Azərbaycan tənqidində klassik poeziya, eyni zamanda yeni şeir haqqında estetik konsepsiyanın formalaşması məsələləri öz əksini tapır. İkinci cild (2000-2010) dövrü mətbuatda çıxan materialları əhatə edir
| Ətraflı
Mətbuat və İnformasiya şöbəsinin müdiri, jurnalistika fakültəsi Beynəlxalq jurnalistika kafedrasının müəllimi Pərvanə İbrahimova jurnalistika ixtisasında "Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminə dair mövqeyi Azərbaycan mətbuatında ( 1988-2005)" mövzusunda dissertasiya müdafiə etdi.
| Ətraflı
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatindan səkkiz il keçir. Bu münasibətlə jurnalistika fakültəsində anım mərasimi təşkil olunub. Daha sonra tələbələr ülü öndərin qəbrini ziyarət ediblər. Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən süjet hazırlayıblar.
| Ətraflı
Bu gün Televiziya bə radio jurnalistikası kafedrasının baş laborantı Zibeydə xanım Mirzəyevanın ad günüdür. Bu münüsibətlə jurnalistika fakültəsinin əməkdaşları onu təbrik edir, uzun ömür, can sağlığı, elmi naliyyətlər arzulayır.
| Ətraflı