Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

YENİ MEDİA VƏ KOMMUNİKASİYA NƏZƏRİYYƏSİ

Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrası təkcə BDU-da deyil, bütövlükdə ölkə media mühitində öz yeri, təsir gücü, tədris, elmi-praktik səviyyəsi ilə seçilən bir kafedradır. Əsası 1928-ci ildə qoyulmuş bu kafedra müxtəlif adlar altında fəaliyyət göstərmişdir. Sonralar bu kafedraya professorlar Nurəddin Babayev (1962-1971) və Famil Mehdi (1972-2003) rəhbərlik etmişlər. 2005-ci ildən 2022-ci ilədək kafedraya professor Cahangir Məmmədli rəhbərlik edib. Hazırda kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynovadır.

Azərbaycan jurnalistikası milli ənənələrə və dünya təcrübəsinə əsaslanaraq Qərb standartlarına üstünlük verir və Yeni jurnalistika və kommunikasiya nəzəriyyələri istiqamətində tədqiqat aparır. Bu tədqiqatlar bir tərəfdən yeni kommunikasiya nəzəriyyələrinin təhlili, tətbiqi və zənginləşdirilməsi ilə, digər tərəfdən ölkə mətbuatının həmin nəzəri modelləri praktikada necə tətbiq etdiklərini ifadə edən illustrativ faktların qiymətləndirilməsi ilə bağlı aparılır. Bir obyekt olaraq bu nəzəri konsepsiyalar Azərbaycanın KİV sistemini ehtiva etsə də, kafedra öz tədqiqatlarında müqayisə metoduna üstünlük verərək kommunikasiyanın beynəlxalq modellərinin demokratik ölkələrdəki təcrübəsinə istinad edir.

Jurnalistikanın beynəlxalq doktorinaları, müasir nəzəri modelləri, Azərbaycan KİV-ində bu modellərin yeri, peşə etikası, informasiyanın mənbələri kimi problemlər kafedranın diqqət mərkəzindədir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra jurnalistika sahəsində baş verən dəyişikliklər jurnalist təhsilinə də öz təsirini göstərdi. Belə ki, kafedra müasir həyatla səsləşən yeni fənlərin tədrisinə üstünlük verir. Belə bir şəraitdə kütləvi informasiya vasitələri üçün jurnalist kadrları hazırlayan fakültənin, o cümlədən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının rolu artır.

Gələcək jurnalistlərin hazırlanmasında kafedra müəllimlərinin rolu az deyil. Onlar Azərbaycan jurnalistikasının beşiyi başında dayanmış Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev kimi işıqlı qələm sahiblərinin qoyub getdiyi milli ruh və demokratik amallar üzərində köklənmiş qəzetlərin ənənələrini tələbə jurnalistlərə aşılayırlar.

Kafedra əməkdaşları son illərdə məhsuldar işləmiş, maraqlı monoqrafiyalar, dərslik və dərs vəsaitləri çap etdirmişlər. Bu əsərlər sırasında professor Cahangir Məmmədlinin «Jurnalistikanın müasir inkişaf meyilləri» monoqrafiyasını, «Jurnalistikaya giriş», «Müasir jurnalistika», «Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi» dərsliklərini, professor Alxan Məmmədovun «Azərbaycanda jurnalistika məktəbləri», professor Akif Rüs­təmovun «Jurnalistika», «Dünya jurnalistika tarixi», «Jurnalistika» (2 hissəli) dərs vəsaitlərini, dosent Mahmud Mahmudovun «Ədəbi redaktə. Nəzəriyyə və təcrübə» dərsliyini göstərmək olar.

Kafedranın professorları Cahangir Məmmədli, Alxan Məmmədov, Akif Rüstəmov, dosent Könül Niftəliyeva kommunikasiya nəzəriyyələrinin öyrənilməsi, tətbiqi üsulları, bu modellərin səmərəlilik əmsalı ətrafında tədqiqatlarını möhkəmləndirmək üçün sahə ilə bağlı beynəlxalq elmi konfranslarda, internet simpoziumlarda intensiv iştirak edirlər.


Kafedranın tərkibi:

  1. Hüseynova Xatirə İsam qızı - filologiya üzrə fəlsəfə doktoru, dosent, kafedra müdiri
  2. Məmmədov Alxan Bayram oğlu - filologiya elmləri doktoru, professor
  3. Rüstəmov Akif Rüstəm oğlu - filologiya üzrə fəlsəfə doktoru, professor əvəzi
  4. Ağamirzəyev Əliş Çoban oğlu - filologiya üzrə fəlsəfə doktoru, dosent
  5. Əliyeva Sevinc İsrafil qızı - filologiya üzrə fəlsəfə doktoru, dosent
  6. Babayev Zaur Kamal oğlu - filologiya üzrə fəlsəfə doktoru, dosent
  7. Niftəliyeva Könül Qüdrət qızı - filologiya üzrə fəlsəfə doktoru, dosent
  8. Sadıqova Gülnarə Kamal qızı - filologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi
  9. Kəsəmənli Rəhilə Rəsul qızı - filologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi
  10. Orucəliyeva Günel İsgəndər qızı - müəllim
  11. Cəfərova Anzulə Pərviz qızı - müəllim
  12. Rövşənova Esmira Famil qızı - müəllim
  13. Şahbazova Diləfruz Hüseyn qızı - böyük laborant


Elmi istiqamət:

  • Kafedra jurnalistikanın müasir nəzəri və praktik problemlərini araşdırır, janrların müasir inkişaf istiqamətlərini, müasir KİV-in tipoloji xarakteristikasını araşdırır.

Tədris olunan fənlər:
Bakalavr


Magistratura

İxtisas: Jurnalistika nəzəriyyəsi. (Azərbaycan bölməsi)

  • Jurnalistikanın müasir problemləri  (ümumi fənn)
  • Jurnalistikanın  tarixi və inkişafı  (ümumi fənn)
  • İnformasiya cəmiyyətində jurnalistika
  • Kütləvi kommunikasiya nəzəriyyələri
  • Beynəlxalq jurnalist məktəbləri
  • XXI əsrin çağırışları və jurnalistika
  • Jurnalist peşə fəaliyyətinin metodları
  • İnformasiya təhlükəsizliyi və KİV
  • Araşdırma jurnalistikası
  • İnformasiya xidmətləri və informasiya agentliklərinin iş xüsusiyyətləri
  • KİV və siyasi proseslər
  • Müasir dövrün aktual problemləri  və jurnalistika
  • On-line jurnalistika və demokratiya
  • Jurnalistika sosial institutlar sistemində

İxtisas: Publisistik jurnalistika. (Azərbaycan bölməsi)

  • Jurnalistikanın müasir problemləri  (ümumi fənn)
  • Jurnalistikanın  tarixi və inkişafı  (ümumi fənn)
  • İnformasiya cəmiyyətində jurnalistika
  • Qəzet janrlarının müasir inkişaf meylləri
  • Azərbaycanda demokratik dövlət quruculuğu və mətbuat
  • Çap məhsullarının ədəbi redaktəsinin əsas prinsipləri
  • “Molla Nəsrəddin” jurnalının sənətkarlıq xüsusiyyətləri
  • Azərbaycan KİV-nin tipoloji xarakteristikası
  • Müasir jurnalistika nəzəriyyələri və Azərbaycan KİV-i
  • Mətbuat azadlığının ideya-nəzəri konsepsiyaları
  • Müasir nəşriyyat işinin aktual problemləri
  • Azərbaycanda klassik və müasir yazıçı publisistlərinin jurnalistika yaradıcılığı təlimi
  • Azərbaycan diaspor mətbuatı
  • Müasir mətbuatda ədəbi-bədii tənqid


Əsas nəşrlər:

  • Rüstəmov A. Jurnalistika. Bakı, 2005
  • Mahmudov M., Axundov B. Nəşriyyat işinin əsasları. Bakı, 2005
  • Məmmədli C. Jurnalistikanın müasir inkişaf meylləri. Bakı, 2006
  • Məmmədov A. Sabir mətbuatda. Bakı, 2006
  • Babayev Z., Vəliyev Ş. Azərbaycanda internet jurnalistikası: tarixi və perspektivləri. Bakı, 2007
  • Babayev Z., Məmmədli R. Dövri nəşrlərin hazırlanma texnologiyası. Bakı, 2007
  • Rüstəmov A., Yaqublu N. Xarici ölkələrin jurnalistikası tarixi. Bakı, 2007
  • Rüstəmov A. Dünya jurnalistika tarixi.Dərs vəsaiti. Bakı, 2010
  • Rüstəmov A. Jurnalistikanın əsasları. Dərs vəsaiti. Bakı, 2011
  • Rüstəmov A. Jurnalistika 1-ci cild. Dərs vəsaiti.Bakı, 2012
  • Məmmədli C. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Dərslik. "Zərdabi LTD" MMC, 38,5 ç.v. Bakı, 2012
  • Məmmədli C. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Dərslik.  "Zərdabi LTD" MMC, Bakı, 2012
  • Məmmədli C. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi Dərslik. “Təhsil” nəşriyyatı, Bakı, 2013
  • Rüstəmov A. Jurnalistika” 2-ci cild. Dərs vəsaiti. Bakı, 2013
  • Babayev Z. Sosiojurnalistika. Elektron dərs vəsaiti. Bakı, 2014
  • Məmmədov A. Jurnalist sənətkarlığı. “Elm və Təhsil” nəşriyyatı, Bakı, 2015
  • Мусаев A. Маркетинг и реклама в СМИ. Програм. Баку, 2015
  • Мусаев A. Литературное редактирование. Програм. Баку, 2015
  • Мусаев A. Выборочной дисциплины: Практическая работа в издательстве. Програм. Баку, 2015
  • Мусаев A. Типология книжных издаий. Издательское дело. Баку, 2015
  • Niftəliyeva K. Qəzetin tipi və informasiya siyasəti. Proqram. Bakı, 2015
  • Niftəliyeva K. Müasir Azərbaycan KİV-nin tipoloji xarakteristikası. Proqram. Bakı, 2015
  • Məmmədli C. Dünya sözə qalacaq... (Ədəbi-tənqidi məqalələr) “Zərdabi LTD” MMC, 296 səh., 18,5 ç.v., Bakı, 2016
  • Məmmədli C. Tələbə qəzetlərinin tipoloji xarakteristikası: “Jurnalist” qəzetinin fəaliyyət prinsipləri. Redaktor. “Zərdabi-Nəşr” MMC, 108 səh., 6,75 ç.v., Bakı, 2016
  • Məmmədli C. “525” - zamanın sınağında.  Monoqrafiya.  “Zərdabi LTD” MMC, 476 s., 29,75 ç.v. Bakı, 2017
  • Məmmədli C. Öncə söz gəldi... “Zərdabi LTD” MMC, 312 səh., Bakı, 2018

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009