Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

MULTİMEDİA VƏ ELEKTRON KOMMUNİKASİYA

XX əsrin 70-ci illərində fakültənin tədris qruplarında televiziya və radio jurnalistikası üzrə ixtisaslaşmalar 1981-ci ildə Televiziya və radio jurnalistikası kafedrasının yaranması ilə nəticələnmişdi. 1981-1982-ci illərdə kafedraya «Qızıl qələm» mükafatı laureatı filoloq alim, jurnalist, professor, gənc jurnalist nəslinin yetişdirilməsində böyük rolu olmuş Tofiq Tağı oğlu Rüstəmov (1936-1998) rəhbərlik etmişdir.

1982-2012-ci illərdə kafedra müdiri vəzifəsində Yalçın Mustafa oğlu Əlizadə çalışmışdır. 2012-2017-ci illərdə kafedra müdiri kimi filologiya elmləri namizədi dosent Aynur Nurəddin qızı Kərimova olmuşdur. 2017-ci ildən kafedra müdiri Allahverdi Məhərrəm oğlu Məmmədlidir.

Kafedra mövcud olduğu illərdə televiziya və radio yayımının səmərəliliyini artırmaq yolları, Azərbaycan televiziyası və radiosunun inkişaf istiqamətləri problemləri üzrə tədqiqatlar aparmışdır. Kafedra əməkdaşları hazırda "Teleradio jurnalistikası XXI əsrdə: tendensiyalar və perspektivlər" mövzusunda elmi araşdırmalar aparırlar.

Tədqiqatların gedişində əldə edilmiş elmi nəticələr müxtəlif illərdə çapdan çıxmış monoqrafiyalarda, dərsliklərdə və dərs vəsaitlərində öz əksini tapmışdır.

Kafedranın nəzdində Tədris tele-radio studiyası fəaliyyət göstərir. Praktik məşğələlər studiyada aparılır və bu tələbələrdə peşə vərdişlərinin aşılanmasında mühüm rol oynayır. Studiyanın rəhbəri Ramin Rzayevdir.

2010-cu ildə fakültədə Televiziya və radio jurnalistikası kafedrasının nəzdində Jurnalistika elmi-tədqiqat laboratoriyası yaradılmışdır. Laboratoriyada Zeynalova Aytəkin Əli qızı, Məmmədova Günay Səməd qızı, Ağayeva Nigar İkram qızı, Mahmudova Güney Salam qızı, Sadıqova Afaq Oqtay qızı çalışırlar.

Kafedranın tərkibi:

  1. Məhərrəmli Qulu Məmmədqulu oğlu - filologiya elmləri doktoru, professor, kafedra müdiri
  2. Məmmədli Allahverdi Məhərrəm oğlu - filologiya elmləri doktoru, professor
  3. Əlizadə Yalçın Mustafa oğlu - filologiya üzrə fəlsəfə doktoru, professor
  4. Həsənova Sevil Qiyas qızı - pedaqogika üzrə fəlsəfə doktoru, dosent
  5. Hacıyev Əli Əflan oğlu - baş müəllim
  6. İsayeva Arzu Nəsimi qızı- filologiya üzrə fəlsəfə doktoru, müəllim
  7. Mirzəyeva Zibeydə Ağakərim qızı - böyük laborant


Tədris olunan fənlər:

Bakalavr

Magistratura

İxtisas: Teleradio jurnalistika

İxtisas: Media və kommunikasiya sistemləri

  • Kommunikasiya nəzəriyyəsi
  • Multimedia və interaktiv təcrübə
  • Televiziya və radio hüququnun əsasları
  • Küləvi kommunikasiya etikası
  • Media menecment
  • Media kontent nəzəriyyələri
  • Yeni media və cəmiyyət
  • Kommunikasiya sosial və media araşdırması
  • Kütləvi kommunikasiya və ifadə azadlığı
  • Mass media və statistika

İxtisas: Televiziya və radio yayımları menecmenti

  • Jurnalistikanın müasir problemləri
  • Jurnalistikanın tarixi və inkişafı
  • Informasiya cəmiyyıtində jurnalistika
  • Vizual kommunikasiya araşdırma metodikası
  • Media menecment
  • Maliyyə menecmenti
  • Kommunikasiyanın strateji planlaşdırılması prinsipi
  • Jurnalistlər üçün data analiz metodları
  • Media auditoriya və kontenet strategiyası
  • Təşkilati davranış və menecment
  • Sosial media araşdırmaları
  • Vizual media yaradıcılığı
  • Media biznes: təşəkkülü və inkişaf metodikası

Əsas nəşrlər:

  • Dadaşov Q.  Dramaturgiya. Dərslik. Bakı, 2004
  • Əlizadə Y., Məhərrəmli Q. Azərbaycan efiri-tarix və müasirlik. Bakı, 2006
  • Məhərrəmli Q.  Jurnalistikanın əsasları. Dərslik. Elm və təhsil, Bakı, 2008
  • Məmmədova S. Tofiq Rüstəmov - Biblioqrafiya (məqalələr, tərcümələr, kitablar, çıxışlar, müsahibələr, əlavələr). Bakı, 2011
  • Məhərrəmli Q. Radio jurnalistika. Dərslik. Xəzər nəşriyyatı. Bakı, 2011
  • Dadaşov Q. Müasir Azərbaycan dramaturgiyası. "Elm-Təhsil". Bakı, 2012
  • Məhərrəmli Q. Jurnalistikanın əsasları. Dərslik (yenidən işlənmiş 2-ci nəşri). "Qanun", Bakı, 2012
  • Həsənova S. Hüseyn Cavid yaradıcılığında tərbiyə məsələləri. "Elm", Bakı, 2013
  • Məhərrəmli Q. Radio jurnalistikası:təməl biliklər. "Elm və təhsil", Bakı, 2013
  • Məhərrəmli Q. Jurnalistikanın missiyası. Dərslik. “Kitab klubu”, Bakı, 2014
  • Məhərrəmli Q. Ekran və ədəbi dil. Dərslik. “Nağm-eyi zendegi”, Tehran, 2015
  • Məhərrəmli Q. Jurnalistika terminləri lüğəti. “Altunkitab” nəşriyyatı. Bakı, 2016
  • Məhərrəmli Q., Kərimova A. Radio jurnalistikası (həmmüəlliflərlə). Avropa Şurası. Bakı, 2017
  • Məmmədli S. Azərbaycan radiosu ilk elmi araşdırmalarda. Dərs vəsaiti. "Elm və təhsil". 172 səh., Bakı, 2018

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009