Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika Elmi-tədqiqat laboratoriyası

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının nəzdində dövlət büdcəsindən maliyyələşdirilən "Jurnalistika" elmi-tətqiqat laboratoriyası 05 may 2010-cu ildən fəaliyyətə başlayıb.

Laboratoriyada 5 əməkdaş fəaliyyət göstərir:

  1. Zeynalova Aytəkin Əli qızı - "Jurnalistika" ETL-in müdiri
  2. Sadıqova Afaq Oqtay qızı - elmi işçi
  3. Məmmədova Günay Səməd qızı - elmi işçi
  4. Ağayeva Nigar İkram qızı - elmi işçi
  5. Mahmudova Güney Salam qızı - elmi işçi

"Jurnalistika" Elmi-tədqiqat laboratoriyasının əsas istiqamətlərindən biri KİV sahəsində toplanan yaradıcılıq təcrübəsini elmi-nəzəri və pratiki cəhətdən ciddi təhlilə cəlb etmək, Azərbaycan milli mətbuat tarixində qazanılmış zəngin təcrübəni dərindən araşdırıb ondan bəhrələnmək, dünya informasiya qaynaq­larından faydalanmaqdan ibarətdir. Həmçinin Azərbaycanda kütləvi informasiya vasitələrinin müasir inkişaf mərhələsində özünü biruzə verən meyillərin sistemli şəkildə izlənilməsi, təhlili və ümumiləşdirilməsi “Jurnalistika” ETL-in araşdırmalı olduğu işlər sırasındadır. Laboratoriyanın əməkdaşları respublika mətbuatında və elmi jurnallarda mövzulara uyğun yazılarla çıxış edib. Fəaliyyət göstərdiyi müddət ərzində laboratoriya əməkdaşlarının 90-na yaxın elmi məqalə (onlardan 12-si xaricdə olmaqla), biblioqrafiya, 3 tədris proqramı çap olunub. Son bir il ərzində 10 beynəlxalq konfransda iştirak edilib.

“Jurnalistika” Elmi Tədqiqat Laboratoriyasında 2015-ci ildə eyniadlı (http://jur-etl.blogspot.com) bloq yaradılıb. Bloqun yaradılmasında əsas məqsəd laboratoriya işçilərinin müxtəlif illərdə Azərbaycan Respublikası Prezidenti yanında ali attestasiya komissiyasının qeydiyyatından keçmiş elmi jurnallarda dərc edilmiş məqalələri, tezis və konfrans materiallarını elektron formada oxuculara, tələbə və magistrlara, elmi ictimaiyyətə təqdim etməkdir. Bura laboratoriya əməkdaşlarının xaricdə nəşr etdikləri elmi əsərlər də daxil edilib.

Bloqda eyni zamanda ETL və eləcə də əməkdaşlar haqqında məlumatlar yerləşdirilib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009