MİLLİ MƏTBUAT TARİXİ
Milli mətbuat tarixi kafedrası 1971-ci ildə yaradılmışdır. Fakültədə fəaliyyətə başlaması baxımından ikinci hesab olunan Mətbuat tarixi kafedrası yarandığı gündən Azərbaycanda milli mətbuatın və jurnalistikanın tarixi təşəkkülü və inkişaf mərhələləri ilə bağlı ardıcıl elmi tədqiqat işləri aparmış, tarixən əldə olunmuş bir sıra nailiyyətləri geniş ictimaiyyətin diqqətinə çatdırmışdır.
Kafedranın bir tədris və elm mərkəzi kimi formalaşmasında professorlar Seyfulla Əliyevin və Şirməmməd Hüseynovun böyük xidmətləri olmuşdur. Müsbət yaradıcılıq əlaqələrinin yaranmasında, faydalı təşəbbüslərin həyata keçirilməsində kafedranın ilk müdiri kimi S.Əliyevin (1971-1976) fəaliyyətini qeyd etmək yerinə düşər. Sonrakı illərdə kafedra rəhbərləri bu ənənələri daha da inkişaf etdirmişlər. Professor Ş.Hüseynov (1976-1982) kafedranın yaradıcılarından biridir. Uzun müddət kafedraya rəhbərlik etmişdir. Dosent Əliş Nəbiyev (1982-1993) bu kafedrada mətbuat tarixinin müxtəlif istiqamətlər üzrə tədqiqi prosesini gücləndirmiş və özü də həmin proseslərin fəal iştirakçısı olmuşdur. Professor Cahangir Məmmədlinin (1993-2005) Mətbuat tarixi kafedrasına rəhbərliyi dövründə tarix və müasirlik ənənəsini gücləndirmiş, müasir mətbuatın milli yaradıcılıq ənənələri zəminində inkişafını elmi gündəmə gətirmişdir. Kafedranın fəaliyyətində AMEA-nın müxbir üzvü, professor Abbas Zamanov, professor Qulu Xəlilov, professor Salman Qarayev, dosent Nüsrət Bağırov, dosent Nəriman Zeynalov kimi simalar yaxından iştirak etmişlər.
2004-cü ildən 2022-ci ilədək kafedraya professor Şamil Vəliyev rəhbərlik edib. O, respublikada sovet rejimində qadağan edilmiş sahələr üzrə tədqiqatlar aparan bir alim kimi tanınır. Ş.Vəliyevin ««Füyuzat» ədəbi məktəbi» monoqrafiyasını, az öyrənilmiş mətbuat orqanlarının fəaliyyətinə, ədəbi-bədii proseslərə və şəxsiyyətlərə dair silsilə məqalələrini buna misal göstərmək olar. Ədəbiyyatşünaslıqda və jurnalistikada tarixi təcrübənin və elmi-nəzəri fikrin öyrənilməsi, müasir jurnalistika mühiti ilə əlaqələndirilməsi baxımından bu tədqiqatların əhəmiyyəti danılmazdır. Professor Ş.Vəliyevin əsərləri Türkiyə, Rusiya, Özbəkistan və Koreyada çap olunmuşdur. Onun rəhbərliyi ilə 2 nəfər elmlər doktoru və 9 nəfər fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. 2022-ci ildən kafedraya filologiya elmlər doktoru, professor Cahangir Məmmədli rəhbərlik edir.
Azərbaycan jurnalistikasının «canlı ensiklopediyası» kimi tanınan Ş.Hüseynovun son illərdə oxucuların ixtiyarına verdiyi kitablar, toplular, məqalələr bir tədqiqat mərkəzinin görəcəyi işlərlə müqayisə oluna bilər. Professor Ş.Hüseynovun özünəməxsus yaradıcılıq üslubu imkan verirdi ki, uzun illər yasaq edilmiş və yaxud az öyrənilmiş tarixi sənədlərə, görkəmli ictimai-siyasi xadimlərin, jurnalist və publisistlərin yaradıcılığına müasirlik prizmasından qiymət verilsin, tarixi proseslər arasında əlaqələrin mahiyyəti müəyyənləşdirilsin, alınan nəticələr oxucunun dünyagörüşünə birbaşa təsir etsin.
Kafedra əməkdaşları Azərbaycan mətbuatı tarixinin aktual problemləri ilə bağlı axtarışlar aparır, maraqlı nəticələr əldə edirlər.
Son illərdə kafedra əməkdaşlarının klassik publisistik irsin toplanmasında və nəşri sahəsində əldə etdiyi nailiyyətlər xüsusi qeyd olunmalıdır. Kafedranın əməkdaşları tərəfindən hazırlanan irihəcmli üçcildlik «Azərbaycan mətbuatı tarixinin antologiyası» (Elm və təhsil nəşriyyatı, Bakı, 2009, 500 s.) və Üzeyir Hacıbəylinin əsərlərinin əvvəlki nəşrlərdən kənarda qalmış, ixtisar və redaktə edilmiş publisistik yaradıcılığını əhatə edən ikicildlik məqalələr toplusu Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqədə ardıcıl olaraq iki il «Ali Media» mükafatına layiq görülmüşdür.
Azərbaycan mətbuatının «Həyat», «İrşad», «Molla Nəsrəddin», «Füyuzat», «İstiqlal», «Azərbaycan» (1918-1920), «Yeni Qafqaziyyə» kimi nümunələrinin proqram xarakterli müxtəlif saylarının və materiallarının ərəb qrafikasından latın qrafikasına çevrilib nəşr olunması xüsusi önəm daşıyır. Ümumiyyətlə, Azərbaycan mətbuatı və jurnalistikasına dair çağdaş konseptual mövqeyin formalaşmasında fəal iştirak edən kafedra irs-varislik əlaqəsinə, tarixi-müqayisəli təhlil və tədqiq prinsiplərinə istinad edərək milli mənbələrin araşdırılmasına, xüsusən tarixi təcrübə ilə müasir nəzəri fikri vəhdətdə götürərək, onun tətbiqini mühüm vəzifə sayır.
Kafedranın tərkibi:
- Məmmədov Cahangir Əbdüləli oğlu - filologiya elmlər doktoru, professor, kafedra müdiri
- Vəliyev Şamil Qiyas oğlu - filologiya elmləri doktoru, professor
- Yaqublu Nəsiman Qara oğlu - tarix elmləri doktoru, professor əvəzi
- Rəhimova Sima İsrafil qızı - fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
- Quliyeva Qərənfil Dünyamin qızı - filologiya üzrə fəlsəfə doktoru, dosent
- Əzimova Aygün Qubad qızı - filologiya üzrə fəlsəfə doktoru, dosent
- Mirzəyev Samir Xalid oğlu - müəllim
Elmi istiqamət: Kafedra Azərbaycan mətbuatı və ideoloji fikir tarixini, milli jurnalistikamızın tarixi ənənələrini, klassik publisistikanın elmi-nəzəri xüsusiyyətlərini öyrənir
Tədris olunan fənlər:
Bakalavr
- Azərbaycan jurnalistikası tarixi
- "Füyuzat" jurnalistikası
- Azərbaycan jurnalistikası tarixi.(Cənubi Azərbaycan mətbuatı tarixi)
- Azərbaycan jurnalistikası tarixi. (Azərbaycan mühacirət mətbuatı)
- Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuatı (1918-1920-ci illər)
- Əski Azərbaycan yazısı
- Müstəqillik dövrü Azərbaycan jurnalistikası
Magistratura
İxtisas: Mətbuat tarixi
Əsas nəşrlər:
- Yaqublu N. Azərbaycan legionerləri. Bakı, 2005
- Yaqublu N. Azərbaycan-Polşa əlaqələrində M.Ə. Rəsulzadənin rolu. Bakı, 2006
- Vəliyev Ş., Babayev Z. Azərbaycanda internet jurnalistikası: tarixi və perspektivləri. Bakı, 2007
- Hüseynov Ş. Mətbu irsimizdən səhifələr. Bakı, 2007
- Гусейнов Ш. Публицистическое наследие и современность. "Елм", Баку, 2007
- Гусейнов Ш. Нравственное наследие и современность. "Ченлибел". Баку, 2007
- Rəhimova S. Jurnalist etkası. Bakı, 2007
- Yaqublu N., Rüstəmov İ. Xarici ölkələrin jurnalistikası tarixi.Bakı, 2007
- Hüseynov Ş. Mətbu irsimizdən səhifələr. «Çənlibel» nəşriyyatı, 30 ç.v., Bakı, 2007
- Yaqublu N., Rüstəmli A. Xarici ölkələrin jurnalistikası. «Adiloğlu», 13 ç.v., Bakı, 2007
- Rəhimova S. Jurnalist etikası. BDU nəşriyyatı, 10 ç.v., Bakı, 2007
- «Azərbaycan-90». Məqalələr toplusu. Bakı, 2009.
- Yaqublu N. Əbdürrəhman Fətəlibəyli Düdənginski. «Abşeronnəşr», 20 ç.v., Bakı, 2009
- Vəliyev Ş. «Füyuzat» ədəbi məktəbi. Bakı, 2009
- Hüseynov Ş. Müstəqilliyin çətin yolu...reallıqlar, düşüncələr. «Elm» nəşriyyatı, 33 ç.v., Bakı, 2009
- Hüseynov Ş. M. Ə. Rəsulzadə-Azərbaycanda milli hərəkat. (Təqdim edəni və ön sözün müəllifi). «Elm» nəşriyyatı, 8 ç.v., Bakı, 2009
- Hüseynov Ş. Ü. Hacıbəyli. Nəşrlərdə kənarda qoyulmuş mətbu əsərləri. I hissə, Bakı, «Elm», 2009
- Yaqublu N. Türkiyənin azərbaycanlılara müstəqillik mücadiləsində dəstəyi (Sovetlər dönəmi: 1920-1991-ci illər). «Abşeron Nəşr», 20 ç.v., Bakı, 2009
- Vəliyev Ş., Yaqublu N. Azərbaycan mətbuatı antologiyası. I hissə, Bakı, 2010.
- Hüseynov Ş. Üzeyir Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş və ixtisar edilmiş əsərləri. II hissə, Bakı, 2010.
- Vəliyev Ş. Q. Azərbaycan ədəbiyyatı və mətbuatından araşdırmalar. IIcilddə, Icild, Bakı, «Elm və təhsil» nəşriyyatı, (440 səh.- 27,5 ç.v.). Kitab. 2011
- Vəliyev Ş. Q. Azərbaycan ədəbiyyatı və mətbuatından araşdırmalar. IIcilddə, IIcild, Bakı, «Elm və təhsil» nəşriyyatı, (560 səh.- 35 ç.v.). Kitab. 2011
- Vəliyev Ş., Yaqublu N. Azərbaycan mətbuatı antologiyası. II hissə, Bakı, 2011
- Hüseynov Ş. Müsavat Partiyası-100. Azərbaycan istiqlalının bayraqdarı. Bakı, «Adiloğlu» nəşriyyatı, 2011
- Yaqublu N. Azərbaycan mühacirət irsi. «Abşeron Nəşr», 20 ç.v., Bakı, 2011
- Yaqublu N. «Kaspi» qəzetinin yaranması və fəaliyyəti. «Ozan», 14 ç.v., Bakı, 2011
- Müsavat partiyası-100. «Adiloğlu» nəşriyyatı, 19 ç.v., Bakı, 2011
- Dünyaminqızı Qərənfil. AXC dövründə mətbuat (1918-1920). «Elm» nəşriyyatı, Bakı, 2011
- Hüseynov Ş. Məmməd Əmin Rəsulzadə. Əsərləri. «Elm», 38 ç.v., Bakı, 2012
- Vəliyev Ş. Q."Azərbaycan mətbuat tarixi antologiyası (mühacirət dövrü)". «Elm və təhsil» nəşriyyatı, Bakı, 2013
- Hüseynov Ş."M.Ə.Rəsulzadənin əsaərləri" IV cild. Bakı, 2013
- Hüseynov Ş."M.Ə.Rəsulzadə. Bakı və Azərbaycan tarixinə dair əsərləri". "Qanun", Bakı, 2013
- Hüseynov Ş.Ö.F.Nemanzadə."Nəşri asarə dəvət". "Qanun" nəşriyyatı, Bakı, 2013
- Yaqublu N. "Məhəmməd Əmin Rəsulzasdə ensiklopediyası". "Ol" MMC nəşriyyatı. Bakı, 2013
- Mehdiyev M. Azərbaycan jurnalistika tarixi(1832-1920). "Bakı Universiteti nəşriyyatı", Tədris-metodiki vəsait, Bakı, 2013
- Yaqublu N. "Qafqaz islam ordusu Azərbaycanda". "Ol" MMC nəşriyyatı. Bakı, 2013
- Quliyeva Q. Mətbuat-nicat yolu. "ADPU" nəşriyyatı", Bakı, 2013
- Vəliyev Ş. Böyük ədib və mütəfəkkir Əli Bəy Hüseynzadə.Bakı, "Elm" nəşriyyatı, 483 səh., Bakı, 2015
- Mehdiyev M. Dövrün qlobal problemləri Ü.Hacıbəyov publisistikasında. Seçmə fənn üzrə proqram. Bakı, 2015
- Yaqublu N. Məhəmməd Əmin Rəsulzadə. Biblioqrafiya."Kitab klubu". 464səh., Bakı, 2015
- Yaqublu N. Məhəmməd Əmin Rəsulzasdə ensiklopediyası. "Azərbaycan Kültür Dərnəyi Yayınları". Ankara, 2015
- Yaqublu N. Qafqaz islam ordusunun Azərbaycanda izləri. "Kitab Klubu", Bakı, 2015
- Ş.Hüseynov “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918- aprel1920) II cild. "Qanun", 560 səh., 35 ç/v., Bakı, 2016
- N.Yaqublu. Məhəmməd Əmin Rəsulzadə Əsərləri (Mühacirət dövrü: Türkiyə, 1922-1929) I cild. “OL” npkt. 600 səh., 37,5 ç/v., Bakı, 2016
- Ş.Hüseynov “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918- aprel1920) III cild. "Qanun", 552 səh., 34 ç/v., Bakı, 2017